Hanukka

Xanuka gecəsi
Xanuka mərasimi

Hanukka (ing. Hanukkah) — Yəhudi təqviminə görə Kislev ayının 25-ci günü başlayan və səkkiz gün davam edən yəhudi bayramıdır. Xanuka sözü ivrit dilində "həsr etmək" mənasını verir. Bu bayram Qriqorian təqvimi ilə dekabr ayına, noyabr ayının sonuna və ya çox nadir hallarda yanvarın əvvəlinə təsadüf edir. Bayram həmçinin "İşıq Festivalı" kimi tanınır.

Festival xanukiya adlı bir şamdanın qollarını yandırmaqla qeyd olunur. Xanukiya menoraya oxşayan və əlavə iki qolu olmaqla doqquz qoldan ibarət bir şamdandır. Xanukiyanın ortasında digərlərindən daha yüksək olan qola şamaş (məsul) deyilir. Bayram ərzində şamaş hər gün yanmaqla, birinci gün bir qol, ikinci gün iki qol yandırılır və hər gün daha bir qolun yandırılması ilə davam edir.[1]

Xanuka dini baxımdan nisbətən kiçik bir bayram olsa da, Milad bayramına bir yəhudi alternativi olaraq dünyəvi yəhudilər arasında Şimali Amerikada və digər yerlərdə mühüm mədəni əhəmiyyət qazanmışdır.[2]

  1. "Arxivlənmiş surət". 2019-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.
  2. "Arxivlənmiş surət". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-07.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search